Azərbaycan XİN İtaliyadakı səfirliyə işğal olunan Dağlıq Qarabağda İtaliya şirkətinin mümkün fəaliyyətini araşdırmağı tapşırdı
11 Sentyabr 2013 17:40 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi ölkənin İtaliyadakı səfirliyinə işğal olunan Dağlıq Qarabağda İtaliya şirkətinin mümkün fəaliyyətini araşdırmağı tapşırıb. Bu barədə Trend-ə açıqlamasında XİN-nin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib. İtaliya şirkəti Dağlıq Qarabağda yüngül sənaye klasteri yaratmağı planlaşdırır. Ermənistan KİV-in yaydığı xəbərdə deyilir ki, sentyabrın 11-də şirkət nümayəndələri iş şəraiti ilə tanış olmaq üçün Xankəndiyə gələcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00