İlham Əliyev iranlı həmkarına başsağlığı verdi

Dövlət başçısı Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası ilə bağlı başsağlığı məktubu ünvanlayıb

Azərbaycan respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!" AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00