Dünya ədalətə ehtiyacdır

"Bu gün  11 sentyabrın nəticələrinə söykənən proseslər "ərəb baharı" inqilabları ilə inkişaf edən müsəlman ölkələrini diz üstə çökdürməkdə, vətəndaş müharibəsi ilə dağıtmaqdadır. Məsələnin mürəkkəb tərəfi ondadır ki, "demokratiya", "insan hüquqları" adları altında haqqları tapdanan toplumlar terrorçuluğa sürüklənir". Bu fikirləri "OLAYLAR"-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli səsləndirib. Bildirib ki, müasir dünya siyasəti səhv olaraq terroru doğuran səbəbləri deyil, nəticəni aradan qaldırmağa yönəldilib: "Bu isə heç vaxt sülh yarada bilməz. Görünən odur ki, dünya ədalətə ehtiyaclıdır. Güclü zəifi, elmli çılğın olanı həddindən çıxarıb istismar etməkdən çəkinməlidir". Partiya rəsmisi deyib ki, çoxları 11 sentyabrı ABŞ-ın tarixində faciə kimi qiymətləndirir: "Dünyanın super dövləti məhz bu tarixdə gözlənilməz zərbə aldı - 3 minə yaxın tələfat verdi, 6 mindən çox insan yaralandı. Lakin 11 sentyabr hadisələri ilə bağlı bu fikirləri bölüşməyənlər də vardır. Onlar da öz arqumentlərini əsaslandırmaq üçün faktlar gətirirlər. Bir-birinə zidd iki fikrin mövcudluğundan asılı olmayaraq məhz bu hadisələrdən sonra dünyada siyasi münasibətlərdə köklü dəyişiklik baş verdi. Deməli, əsas diqqət yetiriləcək məqam nəticədir. Bu nəticə isə müsəlman dünyası üçün çox ağır oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00