Partiyalararası qalmaqal müğənnilərin davalarını geridə qoyub

"Müxalifət düşərgəsində təmsil olunan və özlərini hər zaman cəmiyyətin aparıcı qüvvəsi hesab edən partiyalar bütün dövrlərdə bir-biri ilə düşmən vəziyyətində olublar". Bu fikirləri "OLAYLAR"-a Azadlıq Partiyasının sədri Əhməd Oruc Müsavat Partiyası və AXCP funksionerlərinin bir-birini tənqid və təhqir etməsinə münasibət bildirərkən səsləndirib. Bildirib ki, bundan sonra da həmin siyasi qüvvələr arasında ciddi qarşıdurma və intriqalar davam edəcək: "AXCP və Müsavat Partiyası arasında olan qalmaqallar artıq müğənnilər arasında gedən davaları da geridə qoyub. İlin əvvəlində birini Rusiyanın adamı hesab edib onu xəyanətkar adlandırır, ilin ortasında isə deyirlər ki, Vətəni yalnız o xilas edə bilər. Bu cür yanaşma tərzi ilə irəli getmək və xalqın dəstəyini qazanmaq mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00