Fərəc Quliyev 121 dairədən imza toplayıb

Prezident seçkilərinə Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevin müdafiəsi üçün seçici imzalarının toplanması sentyabrın 4-də başa çatıb. Namizədin seçki qərargahından "OLAYLAR"-a verilən məlumata görə, imzatoplama kompaniyasında 121 dairədən 43450 imza toplanıb və imza vərəqələri Milli Dirçəliş Hərəkatı Partiyasının seçki qərargahında yoxlandıqdan sonra 43333 imza Mərkəzi Seçki Komissiyasına seçki qanununa uyğun şəkildə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00