MSK Azərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayını açıqlayıb
Azərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayı 2 048 nəfərdir
10 Sentyabr 2013 18:10 SiyasətAzərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayı 2 048 nəfərdir. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, ölkə üzrə müşahidə aparmaq istəyənlərin 221-i öz təşəbbüsü ilə, 672-si Yeni Azərbaycan Partiyası, 26-sı Ana Vətən Partiyası, 1 141 nəfər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, 12-si Azərbaycan Gənc Vətənpərvərlər Təşkilatı, 2 nəfər isə xüsusi icazəli müşahidəçilərdir. Yalnız müşahidə missiyasını seçki dairəsi üzrə keçirəcək, dairə seçki komissiyalarında qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 5 704 nəfərdir.
Qeyd edək ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00