İlham Əliyevin seçki qərargahının yeri və rəhbərinin adı açıqlandı
Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyası özü seçki qərargahıdır"
10 Sentyabr 2013 17:42 Siyasət"Yeni Azərbaycan Partiyası özü seçki qərargahıdır. Seçki qərargahına rəhbərliyi də partiya özü edir". Bunu "modern.az" saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçki kampaniyası ilə bağlı görülən işlər və namizədin seçki ofisinin yaradılmasından danışarkən deyib. O bildirib ki, prezidentin səlahiyyətli nümayəndəsi kimi MSK-ya verilən və digər sənədlərə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov imza atır. "Əli Əhmədov ümumi işə rəhbərlik edir. Partiyanın strukturu, icra aparatı, seçki qərargahı əvvəlki qaydada öz işini davam etdirir" - deyə YAP funksioneri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00