“Heç vaxt Cəmil Həsənlini müdafiə etməzdim” - AÇIQLAMA

Əhməd Oruc: “Bu yaşda onun nə saçı, nə də saqqalına yaraşmır ki, kimlərinsə oyununda bir oyuncaq kimi istifadə edilsin”

Prezidentliyə namizədlərdən 4-nün seçkilərə 10 gün qalmış öz namizədliyini Cəmil Həsənlinin xeyrinə götürəcəyi barədə məlumat yayılıb. Xəbərə görə onlardan biri də Azadlıq Partiyasının sədri Əhməd Oruc olacaq. Məsələyə münasibət bildirən partiya sədri "OLAYLAR"-a deyib ki, bu həqiqətə uyğun olmayan informasiyadır: "Hətta seçkiyə qatılası olmasam belə heç vaxt Cəmil Həsənlini müdafiə etməzdim. Mən bilirəm ki, Milli Şura Azərbaycanda bir oyun oynayıb. Onlar Rusiyanın layihəsində alətə çevrildikdən sonra vəziyyətdən çıxmaq üçün Cəmil Həsənlidən istifadə ediblər. Cəmil Həsənlinin də bu işə razılıq verməsinə təssüflənirəm. Bu yaşda onun nə saçı, nə də saqqalına yaraşmır ki, kimlərinsə oyununda bir oyuncaq kimi istifadə edilsin". Əhməd Oruc bildirib ki, bu cür aşağı oyunılarda adının hallandırılması onun nüfuzdan salınmasına xidmət edir: "Yəqin ki, bu Milli Şurada olan qüvvələr tərəfindən ortaya atılmış yalan bir informasiyadır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00