Ərəstun Oruclu 40 min imza toplaya bilmədi

Builki prezident seçkilərində namizədliyini irəli sürən "A13" hərəkatının rəhbəri, müstəqil namizəd Ərəstun Oruclu MSK-da rəsmi qeydiyyata alınması üçün tələb olunan 40 min imzanı toplaya bilməyib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə politoloq özünün facebook hesabında məlumat verib:

"Bizim üçün seçki bu mərhələdə bitdi. Artıq görünür ki, tələb olunan sayda dəstək imzalarını müxtəlif səbəblərdən toplaya bilmədik. Bununla yanası ünvanımıza yazılan, deyilən ittihamlarlar, böhtanlar da bitdi. Amma bu gün bu haqda yazıb şayiə yayanlara, qarayaxmalar, böhtanlar tirajlayanlara şərəf vermək istəmirəm. İlk növbədə bizə hərtərəfli dəstək olmuş insanlara ürəkdən təşəkkür edirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00