5704 müşahidəçi qeydə alınıb

Bu gün MSK-nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, MSK sədri Məzahir Pənahov qeyd edib ki, hazırda 10 təsdiq olunmuş namizədin sənədləri araşdırılır. MSK sədri jurnalistləri və beynəlxalq təşkilatların nümayəndələrini imzaların yoxlanılması prosesində iştirak etməyə dəvət edib. İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, ayın 6-dan etibarən təsdiq olunmuş sənədlərin bu gündən etibarən  yoxlanılmasına başlanılıb:
"Ayın 6-da sənədləri təqdim olunmuş Fuad Əliyev , Qüdrət Həsənquliyevin, Hafiz Hacıyevin sənədlərinin yoxlanılması başa çatır. Ayın 7-də Fərəc Quliyev, Araz Əlizadənin də sənədləri təqdim olunub.  Onlar da yoxlanılıb başa çatmaq üzrədir. Sənədlərin bir hissəsi sabah, bir hissəsi də ayın 11-də yoxlanılıb başa çatacaq.
Dairələrdə müşahidə aparmaq üçün ümumilikdə 5704 müşahidəçi qeydə alınıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00