Milli Şura çoxdan dağılıb
9 Sentyabr 2013 18:33 Siyasət"Milli Şura"da toplaşan siyasi qüvvələr 20 ildir bir-birinə nifrət edən qüvvələrdir". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, Rusiya Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün bu qüvvələrdən çox ustalıqla istifadə etdi: "Bu qüvvələrin bir araya gəlməsində Rüstəm İbarhimbəyovla Eldar Namazov da böyük xidmət göstərmiş oldu. Bu iki şəxs hər kəsi inandırmışdı ki, Putin bunları hakimiyyətə gətirir. Artıq indi İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət Hacıyeva bilir ki, aldanıblar və ona görə də bir-birlərini təhqir edib Milli Şuradan çıxmaq istəyirlər". BAXCP rəsmisi deyib ki, Milli Şura çoxdan dağılıb: "Qalıb onu rəsmiləşdirmək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00