Sərdar Cəlalaloğlunun imzatoplama kompaniyası başa çatdı

Azərbaycan Demokrat Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlunun imzatoplama kompaniyası başa çatıb. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin müdafiəsi məqsədi ilə respublika ərazisindən 40 mindən artıq seçici imzası toplanıb seçki qərargahına təhvil verilib. Hazırda toplanmış imzaların ekspertizasi və yekun hesabatı hazırlanmaqdadır. Günün sonuna qədər toplanmış imzalar və prezidentliyə namizədin qeydə alınması ilə bağlı tələb olunan sənədlərin  Mərkəzi Seçki Komissiyasına təhvil verilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00