Əli Əliyevin imza vərəqələri MSK-ya təhvil verildi

Vətəndaş və İnkişaf  Partiyasının sədri, prezidentliyə namizəd Əli Əliyevin namizədliyinin müdafiəsi üçün toplanmış imzalar və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına  təqdim edilib. Bu barədə məlumat "OLAYLAR"-a VİP-dən daxil olub. Bildirilib ki, ölkənin 125 seçki dairəsinin 118-nin ərazisindən toplanmış 45000 imza 3 gün müddətində namizədin seçki qərargahının işçi qrupu tərəfindən yoxlanılıb. Nəticədə işçi qrup 88 dairəni əhatə etməklə 42634 imzanı etibarlı sayaraq MSK-a təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00