Bu gün namizədlər üçün son gündür
Namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim etməlidirlər
9 Sentyabr 2013 14:34 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərə imzatoplama kampaniyası üçün verdiyi vaxt bu gün başa çatır. Bu barədə ANS PRESS-ə MSK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, prezidentliyə namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim edə bilərlər.
Xatırladaq ki, indiyə qədər İlham Əliyevin, Cəmil Həsənli, İqbal Ağazadə, Zahid Oruc və bir neçə namizədin imza vərəqləri MSK-ya təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00