Azərbaycan diasporu Fransada keçirilən tədbirdə ölkəmizi təmsil edib

Paris Azərbaycan Evi Parisin nüfuzlu icra hakimiyyətlərindən biri olan Paris 16-ci bələdiyyə dairəsində təşkil olunmuş Assosiasiyalar Forumunda Azərbaycanı təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, 92 nüfuzlu təşkilatın və qurumun, həmçinin yüzlərlə insanın qatıldığı forumda Azərbaycan Evi ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən broşuralar, kitablar, milli xalça nümunələri, o cümlədən əl işləri nümayiş etdirib. Tədbir iştirakçıları və təşkilat üzvləri, həmçinin milli şirniyyatlarımızdan dadmaq imkanı da əldə ediblər. Tədbir zamanı Paris deputatı, mer Claude Goasguen Azəbaycan Evi nümayəndələrini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Azərbaycan Evi, öz növbəsində merə hədiyyə olaraq ölkəmizi təmsil edən kitab və suvenir təqdim edib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00