ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycandadır

Ceyms Uorlikin Bakıda bir sıra rəsmi görüşləri planlaşdırılır

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Ceyms Uorlik artıq Azərbaycana gəlib. ANS PRESS-in məlumatına görə, bu barədə səfir öz "twitter" səhifəsində yazıb.Diplomatın sabah Bakıda mətbuat konfransı keçirəcəyi gözlənilir. C. Uorlik regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasına başlamaqdır. Səfər sentyabrın 10-da başa çatacaq.Bu yeni həmsədrin bu postda regiona ilk səfəridir.Xatırladaq ki, C.Uorlik ötən ay ATƏT-in Minsk qrupuna həmsədr təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00