Milli Şuranın topladığı imzalar yararsız çıxıb

Cəmil Həsənli: “500 min dollara belə imza toplamaq sadəcə rüsvayçılıqdır”

Bir sıra internet saytlarında Milli Şuradakı etibarlı mənbəyə istinadən yayılan məlumata əsasən, prezidentliyə namizəd Cəmil Həsənlinin xeyrinə yığılan imzaların analizi qurumda şok yaradıb. Mərkəzi Ceki Komissiyasına təqdim etməzdən əvvəl daxili araşdırma nəticəsində müəyyən edilib ki, 44 min imzadan 6 mini etibarsızdır. Seçki qərargahının rəhbərləri Həsən Kərimov və Arif Hacılının rəhbərliyi ilə 2 minə yaxın imza ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaqla onları guya yararlı hala gətirə biliblər. 

Mənbə bildirir ki, imzaların etibarsız çıxması Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də böyük pərtlik yaradıb. İmza toplanmasına yaxın buraxılmayan Liberal, Açıq Cəmiyyət, KXCP və başqa partiyalar isə bundan məmnun qalıblar. Bu vəziyyətdən C.Həsənli də narazılıq etdiyi bildirilir. O, Müsavat və AXCP rəhbərliyinə "500 min dollara belə imza toplamaq sadəcə rüsvayçılıqdır" mesajını verib.  

Mənbənin məlumatına görə, imza toplamaq üçün Milli Şuranın sədri Rüstəm İbrahimbəyov  tərəfindən C.Həsənlinin seçki qərargahına 500 min dollar ayrılıb. Milli Şurada təmsil olunan KXCP, ALP, ACP və "El" Hərəkatının izatoplama kampaniyasına buraxılmaması onların ciddi narazılığına səbəb olmuşdu. Mənbənin sözlərinə görə, AXCP və Müsavat rəhbərliyi pulları öz aralarında bölərək imza toplanmasına başqa partiyalar buraxılmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00