İqtidardan Milli Şuranın dialoq təklifinə müsbət CAVAB - Biz hazırıq....
6 Sentyabr 2013 16:49 SiyasətYeni Azərbaycan Partiyası (YAP) Milli Şura üzvü Mehman Əliyevin iqtidar-müxalifət dialoqu ilə bağlı təklifinə münasibət bildirib. Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP-ın müxalifətlə dialoqa hazır olduğunu deyib. S.Novruzovun fikrincə, dialoqun indiyədək baş tutmaması müxalifətin qərarsızlığından irəli gəlib: "Biz uzun müddətdir bu məsələni deyirik. Daim dialoqa hazırıq. Amma müxalifətdə dialoqa getmək potensialı olan insan yoxdur. Birinci növbədə Milli Şura öz daxilində nizam-intizam yaratsın. Yersiz ittihamlara son qoysun. Ondan sonra fikir mübadiləsi aparsınlar. Onlarda konkretlik yoxdur. Biz hər zaman dialoqa hazırıq"-deyə YAP təmsilçisi Milli Şuranın dialoq təklifinə cavab verib.
Qeyd edək ki, Milli Şuranın üzvü, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Modern.az-a açıqlamasında müxalifətlə iqtidarın dialoqa getməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, seçkiöncəsi belə bir dialoqun olması mühüm əhəmiyyət kəsb edir.