“Eldəniz Quliyev çayxana səviyyəsində danışır” – Cümşüd Nuriyev
“Yazıq cızma-qarasında özünün prototipini yaradıb, yadından çıxıb mənim adımı yazıb”
6 Sentyabr 2013 14:41 Siyasət"Eldəniz Quliyevin "Azadlıq" qəzetində nəşr edilən məqaləsindən sonra mənə tam şəkildə məlum oldu ki, Milli Şura və "EL" Hərəkatında onun kimi aşağı səviyyəli insanlar var" - politoloq Cümşüd Nuriyev "Azadlıq" qəzetinin 05.09.2013-cü il tarixli sayında "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin "Cümüşün cümşüdlüyü" yazısına münasibət bildirərkən belə deyib. C.Nuriyev qeyd etdi ki, özünü ziyalı adlandıran E.Quliyev çayxana səviyyəsində danışır və o, indiki yaşından hələ 40 il geridədir. Buna aqoniya deyirlər: "Quliyevin qələmə aldığı məqalədə mənim soyadımla adımı və doğulduğum yeri düzgün təsvir edib, yazının qalan hissəsində isə özünü xarakterizə edir. Eldəniz Quliyev aqoniyada olduğu üçün özündən yazdığını hələ də bilmir. Əgər bu adam Ziyalılar Forumunda təmsil olunursa, vay Eldənizlə bir yerdə olanların halına. O, axır ki, öz səviyyəsini göstərdi. E.Quliyev fikirləşir ki, bur cür məqalələr yazmaqla Rüstəm İbrahimbəyov olacaq. Amma bu bədbəxt Biləcəridən o tərəfə tanınmayacaq. Onun harada doğulduğunu bilmirəm, amma Şirvanın yetişdirdiyi dahilərin yanında Eldəniz kimilər heç kimdirlər. Əgər məndən yazırsa yazsın, amma mənim doğulduğum yerə toxunmasın. Onun doğulduğu yerdən də yaxşı insanlar çıxıb, amma hərdən belə naqisləri də dünyaya gəlir. Yazıq cızma-qarasında özünün prototipini yaradıb, yadından çıxıb mənim adımı yazıb". ("OLAYLAR" İA)