Ramil Səfərovun öldürdüyü erməni zabitinin atası ağır vəziyyətdə

Azərbaycanlı zabit Ramil Səfərovun 2004-cü ildə qətlə yetirdiyi erməni zabit Qurgen Markaryanın atası Artuş Markaryanın əməliyyat olunduqdan sonra vəziyyəti ağırdır. Lent.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada bildirilir.
Həmin açıqlamaya əsasən, Markaryan İrəvanın "Malatiya" tibb mərkəzinə qarın boşluğu və damarlarının kəsilmiş yaraları ilə çatdırılıb. O, təcili əməliyyat olunub. Faktla əlaqədar polis materiallar hazırlayır.
Həyat yoldaşı bildirib ki, Artuş Markaryan son ay ərzində həyəcanlı olub, yuxusuz qalıb və günün çox hissəsini oğlunun şəkli ilə keçirib. Onun sözlərinə görə, sentyabrın 5-nə keçən gecə əri yataq otağında tək olub və səhərçağı divanda qana bulanmış halda aşkarlanıb. Artuşun yanında qanlı bıçaq da olub.
Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00