Əhməd Oruc imzatoplamanı başa vurdu
5 Sentyabr 2013 18:40 SiyasətPrezidentliyə namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc da imzatoplama kampaniyasını başa vurub. Bu barədə "OLAYLAR" -a məlumat verən partiya sədri deyib ki, hazırda imza vərəqələri ekspertlər qrupu tərəfindən yoxlanılır: "İmzaları yoxlama prosesi bir qədər uzun çəkdiyi üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmirik. Ancaq yaxın günlərdə imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təhvil veriləcək". Əhməd Oruc deyib ki, Mərkəzi Seçki Komissiyasına təxminən 45 min imzanın təhvil verilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00