10 min YAP-çı seçkiləri müşahidə edəcək
5 Sentyabr 2013 17:41 SiyasətYeni Azərbaycan Partiyasının 10500 nəfərdən artıq üzvü prezident seçkilərini müşahidə edəcək. Hakim partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, partiyanın qeyd edilən sayda müşahidəçisi və məşvərətçi səs hüquqlu nümayəndəsi seçki komissiyalarında qeydə alınıb. Partiyanın 125 seçki dairəsinin hər birinə bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzvü təyin edilib və onlar da dairə seçki komissiyaları tərəfindən lövhəciklərlə təmin ediliblər. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq YAP tərəfindən 5273 seçki məntəqəsinin hər birinə 5273 nəfər məşvərətçi səs hüquqlu və 5273 nəfər müşahidəçi təyin edilib və onlar dairə seçki komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərlə təmin olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00