Abdullah Gül: “Enerji layihələri sayəsində Xəzər regionu dünyada strateji əhəmiyyət kəsb edəcək”

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələri sayəsində Xəzər regionu dünyada strateji əhəmiyyət kəsb edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül İstanbulda keçirilən nəqliyyat və rabitə üzrə beynəlxalq forumda çıxışı zamanı deyib. Prezidentin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Pekindən Londonadək vahid nəqliyyat dəhlizinin yaradılmasına imkan verəcək. Onun sözlərinə görə, "Bakı-Tbilisi-Qars" dünyada ticarət balansını dəyişdirməyə hesablanmış "İpək yolu" layihəsinin zənciridir: "Biz Azərbaycan və Gürcüstanda olan həmkarlarımızla birlikdə bu dəmir yolunun tikintisini başa çatdrımaq üçün hər cür səy göstəririk". A.Gül qeyd edib ki, "Bakı-Tbilisi-Qars" layihəsi gələn il istismara veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00