Diplomatlar hansısa namizədi dəstəkləməməlidir
5 Sentyabr 2013 16:27 Siyasət"Diplomtlar hansı ölkədə olursa olsun, hər hansı namizədi dəstəkləməməlidir. Onlar yalnız mövcud vəziyyəti qiymətləndirə bilərlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri jurnalistlərə verdiyi açıqlamas;nda Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bir müddət əvvəl bir qrup müxalifət nümayəndəsi ilə keçirilən görüşə münasibət bildirərkən səsləndirib. Səfir bildirib ki, əsas seçkilərin demokratik keçirilməsidir: "Mən seçki prosesində hər hansı namizədə üstünlük vermirəm. Düşünürəm ki, başqa ölkəni təmsil edən diplomat namizədlərlə görüşə və danışa bilər. Lakin diplomatın hansısa namizədə xüsusi dəstək göstərməsi, onun üzərində dayanması mümkün deyil. Biz də heç kimə xüsusi dəstək vermirik.Əsas olan odur ki, seçki demokratik keçirilsin". Diplomat qeyd edib ki, bu proses də Azərbaycan xalqının öz qərarı ilə həyata keçəcək".