Amerikalı səfir: “Münaqişə tez bir zamanda həll olunmalıdır”
5 Sentyabr 2013 15:36 Siyasət"Regionda müharibə şəraitinin qalması Azərbaycan və Ermənistanın ziyanınadır"."OLAYLAR"-ın xəbərinə görə bu fikirləri jurnalistlərə verdiyi açıqlamada Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar səsləndirib. Səfir bildirib ki, hər iki tərəfdən ölkə vətəndaşlarının münaqişə qurbanı olması faciəvi haldır: "Bu münaqişə tez bir zamanda həll olunmalıdır. Təmas xəttində mülkü vətəndaşlara qarşı snayper silahından istifadə edilmə hallarını pisləyirəm. Belə halların baş verməsi sülh prosesinə əngəllər yaradır". Diplomat qeyd edib ki, münaqişənin həll prosesində həm Azərbaycan, həm də Ermənistan tərəfi maraqlı olmalıdır. Səfir həmçinin onu da vurğulayıb ki, Azərbaycan son dövrdə sülh prosesində fəal iştirak edir: "Ümüd edirik ki, münaqişə tezliklə həll oluna və əziyyət çəkən sadə vətəndaşlar sərbəst yaşaya bilərlər." ATƏT-in Minsk Qrupuna yeni təyin edilmiş amerikalı həmsədr Ceyms Uorlikin regiona nəzərdə tutulan səfərinə toxunan Morninqstar deyib ki, yeni həmsədr Ceyms Uorlikin Cənubi Qafqaza səfəri səbirsizliklə gözlənilir: "Mən onu çox yaxşı tanıyıram və çox təcrübəli diplomatdır. Çox kreativ insan olduğuna görə, əminəm ki, yeni ideyalarla prosesə öz töhfəsinə verəcək".