“Müşahidələrimiz sübut edir ki, seçkiqabağı vəziyyət yaxşıdır”
5 Sentyabr 2013 15:34 Siyasət"Əsas hədəfimiz Azərbaycanda ədalətli seçkilərin keçirilməsidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri jurnalistlərə verdiyi açıqlamada Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar səsləndirib. Diplomat əmin olduğunu bildirib ki, hər bir Azərbaycan vətəndaşı prezident görmək istədiyi şəxsə səs verəcək: "Bunu azad və ədalətli seçkinin nədən ibarət olması ilə bağlı verdiyimiz bəyanatda da bildirmişik. Biz seçki qabağı prosesin düzgün və şəffaf olacağına əminik. Müşahidələrimiz bunu sübut edir ki, Azərbaycanda seçkiqabağı vəziyyət yaxşıdır və namizədlər üçün bütün şərait yaradılıb". Riçard Morninqstarın sözlərinə görə, bu seçkilər Azərbaycan üçün çox vacibdir və bu, xalqın müqəddaratını müəyyən edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00