BMT Baş Assambleyasında Azərbaycanın təşəbbüsünü dəstəkləyən qətnamə qəbul edilib
Qətnaməyə Azərbaycanla yanaşı Belarus, İsrail, Qazaxıstan, Moldova, Şri-Lanka, Türkiyə və başqa ölkələrdə həm-müəllif kimi qoşulub
5 Sentyabr 2013 10:13 SiyasətBMT Baş Assambleyasının plenar iclasında Azərbaycanın təşəbbüsünü dəstəkləyən qətnamə qəbul edilib. BMT Baş Assambleyasının (BA) 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının yaradılmasına dair müzakirələrin başlanılması üzrə qətnamə yekdilliklə qəbul olunub. Qətnaməyə Azərbaycan ilə yanaşı Belarus, Əfqanıstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Şri-Lanka, Türkiyə və Yeni Zelandiya həm-müəllif kimi qoşulublar.Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir A.Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında 2012-ci ilin dekabr ayında BA tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılması vacibliyini vurğulayıb. Sözügedən təşəbbüs informasiya və kommunikasiya texnologiyaları sahəsində trans-regional əməkdaşlığın genişləndirilməsi, bu sektorda mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafıq sahədə bilik mübadiləsi üçün regional bir platformanın yaradılması məqsədini daşıyır.Daha sonra Macanstanın Milli İnkişaf üzrə Nazirliyinin dövlət katibi V.Valyi-Nagi, Ümumdünya İqtisadi Forumunun İnformasiya Texnologiyaları və Telekommunikasiya Sənayesi bölməsinin direktoru D.Kerimi, Orbit Elmləri Korporasiyasının böyük vitse-prezidenti K.Riçmond və "Turk Telekom International" şirkətinin Baş icraçı direktoru Ç.Öztelcan təqdimatlarla çıxış etmiş və müvafıq sahədə mövcud olan əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparılıb.Tədbirdə iştirak edən üzv dövlətlər regionda İKT infrastrukturunun inkişafı sahəsində Azərbaycan Respublikası Hökumətinin səylərini yüksək qiymətləndirmiş və gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.