Prezident İlham Əliyev: "Son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur"
5 Sentyabr 2013 10:08 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılmış, tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar və havalandırma sistemi ilə təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend vardır. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası və gənclər birliyi üçün də otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin inzibati otaqlar da vardır. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir səviyyədə qurulmuşdur.
Bildirildi ki, hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfər üzvü vardır. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edəcəkdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılmışdır. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilmişdir.
Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanmışdır.
Dövlətimizin başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulmuşdur.
Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi.
Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırdılar.
Sonra "Halay" folklor kollektivi "Ay lolo" xalq mahnısını ifa etdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, birinci mərtəbədə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir.
Bildirildi ki, mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır.
Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanmışdır. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolboyu 26 su keçidi quraşdırılmışdır. Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabada səfərini başa çatdıraraq Masallı rayonuna gəlmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
* * *
Prezident İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, inzibati bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır.
Qeyd edildi ki, 50 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
* * *
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, parkda istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Son illərdə Yardımlıda həyata keçirilən mühüm infrastruktur layihələrindən danışan dövlətimizin başçısı hələ 7 il əvvəl Masallı-Yardımlı yolunun əsaslı təmir olunmasının, təbii qaz xəttinin çəkilməsinin və digər tədbirlərin həyata keçirilməsinin rayonun inkişafına təkan verdiyini vurğuladı. Hazırda dağ kəndlərinə qaz xətlərinin çəkilməsinin, yolların abadlaşdırılmasının, yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılmasının ölkənin inkişaf dinamikasına uyğun aparıldığını deyən dövlətimizin başçısı rayon mərkəzinə yeni su xəttinin çəkilişini əlamətdar hadisə kimi dəyərləndirdi və bu münasibətlə sakinləri təbrik etdi.
Rayon sakini Feyruz Sultanov Yardımlıya göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verən "Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Əhalini içməli su ilə təmin etmək məqsədilə Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzdə 30 nəfərlik akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiya və kompyuter otağı yaradılmışdır. Burada Ümummilli Liderin xatirəsinə həsr olunmuş muzey təşkil edilmişdir. Muzeydəki fotostendlərdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunmuşdur. Mərkəzdə Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərlərini əks etdirən fotoguşə də yaradılmışdır. Bundan başqa, Mərkəzdə 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuter və linqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcəkdir. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.
* * *
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.
----------------
05.09.2013
00:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcəkdir.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Xəstəxananın kollektivini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Mən sizi ürəkdən təbrik edirəm. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı çox gözəl hadisədir, böyük hadisədir. Bu xəstəxananın qısa müddət ərzində tikilməsi də Azərbaycan dövlətinin gücünü göstərir. Mən xatırlayıram, keçən il Cəlilabadda olarkən burada Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı göstəriş vermişdim. Bu xəstəxana bir il ərzində tikilib və ən yüksək standartlara cavab verir. Dünyada hansı yüksək standart varsa, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da o standart vardır - həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Eyni zamanda, burada ən müasir avadanlıq quraşdırılıbdır, bütün şöbələr - cərrahiyyə, terapiya, oftalmologiya, doğum şöbələri fəaliyyət göstərir. Yəni, bu xəstəxana dünya səviyyəsində tikilmiş xəstəxanadır.
Xəstəxananın tikintisi bir daha demək istəyirəm ki, Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır. İnsan sağlamlığı hər şeydən üstündür. Hər bir insan öz sağlamlığını qorumalıdır və hər bir insan keyfiyyətli tibbi xidmət almalıdır.
Bu gün Azərbaycanın müxtəlif yerlərində keyfiyyətli tibbi xidmət almaq üçün bütün şərait vardır. Xüsusilə cənub zonasında demək olar ki, bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, yaxud da ki, əsaslı şəkildə təmir edilib. Bir rayonda - Biləsuvarda hələ ki, işlər lazımi səviyyədə deyildir. Mən bu gün səhər orada olmuşam. Biləsuvar Rayon Xəstəxanasının əsaslı təmiri ilə bağlı artıq göstəriş verilib. Beləliklə, bu zonanın bütün rayonlarında ən yüksək səviyyəli tibbi xidmət təşkil edilir. Nəzərə alsaq ki, bir müddət bundan əvvəl Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir, hazırda rayonda iki müasir tibb mərkəzi vardır. Bu, onu göstərir ki, burada müalicə, diaqnostika, bütün terapevtik tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin təzahürüdür, Cəlilabada olan münasibətdir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Cəlilabadın inkişafına daim böyük diqqət göstərmişdir, dəfələrlə Cəlilabadda olmuşdur.
Bu gün Cəlilabadın yeni dövrü davam edir. Bu gün biz müstəqil dövlətdə yaşayırıq, bizim taleyimiz öz əlimizdədir. Əlbəttə ki, müstəqillik dövründə görülən işlər göz qabağındadır. O cümlədən Cəlilabadda əvvəlki dövrdə də böyük işlər görülmüşdür, Olimpiya Mərkəzi tikilmişdir, parklar salınır, kənd yolları tikilir. Bu gün bir kənd yolunun açılışını da qeyd etdik. Rayon sakinlərinin xahişini nəzərə alaraq Cəlilabad-Yardımlı yolu tikilir. Həm iki rayonu birləşdirir, eyni zamanda, yolun üstündə yerləşən onlarla kəndi əhatə edirik. Onlarla kənd yeni yoldan istifadə edəcəkdir.
Bütün işlər, iqtisadi-sosial, infrastruktur layihələri ardıcıl şəkildə aparılır. Mənə verilən məlumata görə, qazlaşdırma prosesi də gedir. Düzdür, rayon hələ ki, tam şəkildə qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki, yaxın bir il ərzində bütün kəndlər, şəhər də daxil olmaqla yüz faiz qazlaşdırılmalıdır. İçməli su layihəsi gələn ilin sonuna qədər başa çatacaqdır, Cəlilabad şəhərinin təmiz içməli su ilə təminatı həll ediləcəkdir. Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti davam etdirəcəyik.
Cəlilabad böyük rayondur, əhalisi də çoxdur. Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır. Xüsusilə biz müxtəlif layihələri gələn ilin investisiya proqramına salacağıq. Gələn il növbəti regional inkişaf proqramı qəbul ediləcəkdir ki, oraya da bu günə qədər görə bilmədiyimiz məsələlər salınacaqdır.
Rayonun hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil, infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir. Mən son 10 il ərzində Prezident kimi dəfələrlə Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir. Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez oluram. Keçən il də olmuşam. Əlbəttə ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən tanış olum, eyni zamanda, insanları narahat edən problemləri də mən gərək sizdən eşidim. Əlavə nə edilməlidir, həllini gözləyən hansı əlavə məsələlər var ki, biz gələcəkdə onları həll edək. Əlbəttə, bu səfərlərdə, hər bir səfərdə biz hansısa bir önəmli obyektin açılışında iştirak edirik.
Bu xəstəxana doğrudan da, bir memarlıq əsəridir. Bir daha demək istəyirəm ki, bu xəstəxana insanların sağlamlığı üçün tikilibdir və insanların, vətəndaşların sərəncamına verilir. Eyni zamanda, bu xəstəxana həkimlərin iş yeridir. Həkimlər də başqa kateqoriyalı işçilər kimi keyfiyyətli iş yerləri ilə təmin edilməlidir. Burada iş şəraiti çox gözəldir, yüksəkdir. İstənilən şəhərdən, hətta Bakıdan buraya gəlib işləmək istəyənlərin hesab edirəm ki, sayı az olmamalıdır. Ancaq mənə verilən məlumata görə, yerli həkimlər də peşəkardırlar. Həkimlər daim öz peşəkarlığını artırmalıdırlar ki, dünyada gedən yeniliklər Azərbaycanda tətbiq edilsin. Çünki tibb elmi sürətlə inkişaf edir, burada ən müasir avadanlıq quraşdırılıbdır. Əsas odur həkimlərin təkmilləşdirilməsi prosesi daim getsin ki, insanlara keyfiyyətli tibbi xidmət göstərilsin. Həkimləri, vətəndaşları, Cəlilabad rayon sakinlərini təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
X X X
Həkim Nəzakət Nəzərli rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident, icazə verin Sizi rayon ictimaiyyəti, çoxsaylı səhiyyə işçiləri adından salamlayım, Cəlilabada xoş gəlmisiniz deyim. Hamımıza yaxşı məlumdur ki, Sizin fəaliyyətinizdə insan amili, onun sağlamlığı, rifahı həmişə ön mövqelərdə durub. Respublikamızda yeni tikilən, əsaslı təmir edilən xəstəxanalar, müasir müalicə-diaqnostika mərkəzləri, ixtisaslaşmış tibbi kadrların hazırlanması istiqamətində aparılan işlər, mütərəqqi tibbi nailiyyətlərin respublikamızın səhiyyə ocaqlarına tətbiq olunması dediklərimizin əyani sübutudur. 2010-cu ildə rayonumuzda müasir müalicə-diaqnostika mərkəzi açıldı. Hazırda bu mərkəz öz işini müvəffəqiyyətlə yerinə yetirir, əhaliyə nümunəvi xidmət göstərir. Çox qısa bir müddət ərzində belə möhtəşəm, yüksək səviyyəli yeni səhiyyə ocağı tikildi və bu gün istifadəyə verilir. İdeal iş şəraitinə, müasir təminat və təchizata malik belə bir səhiyyə ocağının yaranması əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək üçün geniş imkanlar açır, ən mürəkkəb əməliyyatların aparılmasına şərait yaradır.
Cənab Prezident, bu, həm də həkim əməyinə verilən yüksək qiymətdir. Əlbəttə, bu yüksək qiymət bizim üzərimizə yüksək məsuliyyət hissi də qoyur. Çünki bizim belə möhtəşəm, gözəl şəraitdə yaxşı işləməməyə haqqımız yoxdur. Belə yüksək səviyyəli tibb ocağını bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik, çox sağ olun deyirik. Sizi əmin etmək istəyirəm ki, bundan sonra daha səylə çalışacaq, öz üzərimizdə daha çox işləyəcək, əhalinin sağlamlığının keşiyində dayanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Ümumiyyətlə, son vaxtlar respublikamızda təkcə səhiyyə sistemində deyil, bütün sahələrdə böyük işlər görülür. Rayonlarımız, şəhərlərimiz böyüyür, abadlaşır, Cəlilabadımız da gündən-günə gözəlləşir, demək olar ki, regionda füsunkar, abad guşələrdən birinə çevrilir. Parklar, meydanlar, uşaq bağçaları, məktəblər, yeni yollar - bütün bunlar hamısı, cənab Prezident, Sizin regionlara olan diqqət və qayğınızın nəticəsidir, Sizin fədakar əməyinizin bəhrəsidir. Sizə Azərbaycan xalqının rifahı naminə bu müqəddəs, çətin, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayırıq. Bütün Azərbaycan xalqı, bütün cəlilabadlılar həmişə Sizinlədir. Sizinlə birgə addımlamağa hazırıq, Sizə inanırıq. İnanırıq ki, bizi ancaq zirvələrə doğru aparacaqsınız. Tanrı Sizi qorusun.
X X X
Prezident İlham Əliyev: Çox sağ olun. Biz hələ birlikdə çox iş görəcəyik. Mən çox şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan da öz inkişaf dövrünü yaşayır. Siz də qeyd etdiyiniz kimi, rayon hərtərəfli inkişaf edir. Bütün məsələlər öz həllini tapır. Həm iş yerləri, yeni müəssisələr açılır, eyni zamanda, şəhər abadlaşır. Əvvəlki dövrlərdə Heydər Əliyev Seyrəngahını, Olimpiya Mərkəzini, Diaqnostika Mərkəzini, yolları, sənaye obyektlərini biz sizinlə bərabər açmışıq. Əlbəttə ki, ölkənin inkişafı dövlət siyasətindən, dövlətin başında dayanan şəxslərin işindən, onların gələcəyə baxışlarından asılıdır. Azərbaycanda hər bir istiqamət üzrə düşünülmüş siyasət aparılır. Son 10 ilin tarixi bunun əyani sübutudur. Çünki son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur.
Bu, sadəcə reallıqdır, dünya statistikasıdır. Ancaq o da həqiqətdir ki, əgər bu siyasət və bu təşəbbüslər yerlərdə dəstək qazanmasaydı, heç bir işi görmək mümkün olmazdı. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bütün təşəbbüslər yerlərdə dəstəklənir və eyni zamanda, qərarlarımızın təməlində də insanların arzularıdır. Çünki bir çox hallarda bölgələrdə görülən işlərin təşəbbüskarı vətəndaşlar olmuşlar. Mənim rayonlara səfərlərim və insanlarla söhbət əsnasında qaldırılan məsələlər sonradan regional inkişaf proqramının tərkib hissəsi kimi qəbul edilir və icra olunur. Ona görə bu canlı bağlantı mütləq olmalıdır. Əgər bu olmasa, onda işlər getməyəcəkdir. Bütün təşəbbüslər xalq tərəfindən nəinki dəstəklənir, Azərbaycan vətəndaşları bu işlərin fəal iştirakçılarıdırlar, o cümlədən Cəlilabadda.
Əlbəttə, dövlətimiz nə qədər güclü olsa, bizim maliyyə imkanımız o qədər də güclü olacaqdır ki, bütün bu işləri görək. Çünki bütün bu məsələlər böyük maliyyə vəsaiti tələb edir. Sosial sahəyə qoyulan vəsait geri qayıtmır. Yəni, vəsait kimi geri qayıtmır. İnsan kapitalı kimi əlbəttə ki, geri qayıdır və qayıtmalıdır. Xəstəxana, yol çəkilişi, digər ictimai yerlərin yaradılması, məktəb tikintisi, su xətləri, qazlaşdırma - bütün bu layihələr sırf sosial məna daşıyır, bir daha onu göstərir ki, həmişə dediyim kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq bir şüar deyil, həqiqətdir, belə də olmalıdır. Hər dövlətdə belə olmalıdır. Belə olmasa, onda dövlətlərdə problemlər yaşanar. Əgər insan amili kənara qoyulursa, başqa amillər önə çəkilirsə, bu ölkələrin gələcəyi yoxdur. Bizdə isə sosial siyasət güclü iqtisadi islahatlarla, iqtisadi siyasətlə tamamlanır. Bizim uğurlarımızın səbəbi bax, budur.
İndi dünyanın müxtəlif yerlərində yaşanan hadisələri hamımız televizordan görürük, mətbuatdan izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində çox çətin proseslər gedir. Haradasa böhran, iqtisadi çətinliklər, sosial narazılıqlar, haradasa qanlı toqquşmalar. Yəni, bizim ətrafımızda demək olar ki, müxtəlif yerlərdə vəziyyət artıq çox gərginləşib, alovlanır. Azərbaycan isə bir sabitlik adasıdır. Azərbaycan bölgədə də sabitləşdirici rol oynayır. Yəni, bizim sabitliyimiz bölgəyə də müsbət təsir göstərir.
Azərbaycan bütün bu böhranlı illərə baxmayaraq, öz iqtisadi inkişafını təmin edib və artırıb. Bunun səbəbi çox aydındır. Bunun səbəbi düşünülmüş, xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasət və xalqla iqtidar arasında olan birlikdir. Budur, bizim uğurlarımızın əsas sirləri. Çünki bəzi hallarda xarici qonaqlarla söhbət əsnasında sual verilir ki, necə olur, hər yerdə vəziyyət başqa cürdür, sizdə isə inkişafdır. Bunun sirri nədir? Yenə də deyirəm və hesab edirəm ki, bunun əsas sirri xalqla iqtidar arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid mövqeyin mövcudluğudur.
Cəmiyyətdə ölkəmizin xarici, daxili, iqtisadi siyasəti ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Yəni, cəmiyyətin bütün üzvləri qlobal, ümumi istiqamətlər üzrə bir fikirdədir - ölkəmizi daha da gücləndirməliyik, beynəlxalq mövqelərimizi gücləndirməliyik, daxili inkişafı bundan sonra da təmin etməliyik ki, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan dövləti daha da qüdrətli olsun.
Azərbaycan dövlətinin gücü hər bir vətəndaşa xidmət göstərir. Eyni zamanda, hər bir vətəndaşın öz doğma Vətəninə olan sevgisi, onun əməyi dövlət gücümüzü artırır. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır. Deyə bilərəm ki, biz bütün bu müsbət meylləri Cəlilabad rayonunda görürük.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar, cansağlığı arzu edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
-----------------
04.09.2013
23:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Sabahınız xeyir olsun!
Sizi ürəkdən salamlayıram və bu gün burada açılacaq böyük layihənin icra edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, böyük tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik.
Bildiyiniz kimi, təmiz içməli su insanların sağlamlığını təmin edir. Biz isə istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, xəstələnməsinlər və Azərbaycanda bütün sahələrdə ən yüksək standartlar tətbiq edilsin. Ona görə, içməli su və kanalizasiya xətlərinin çəkilişi bu gün Azərbaycanda hər bir bölgədə icra edilir. Bu, bəzi rayonlarda artıq istifadəyə verilmişdir, bəzi rayonlarda icra edilir, bəzi rayonlarda isə hazırlıq işləri gedir. Ancaq Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın. Eyni zamanda, bununla paralel olaraq bir çox kəndlərdə də içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Biləsuvarda. Beləliklə, biz bu insanları həmişə narahat edən ən əsas problemi həll edəcəyik.
Bununla yanaşı, Biləsuvarda digər infrastruktur layihələri, o cümlədən qazlaşdırma layihəsi uğurla icra edilir. Mənə verilən məlumata görə, rayon təqribən 90 faiz qazlaşdırılıbdır. Bu ilin sonuna qədər bir neçə kəndin qazlaşdırılması nəzərdə tutulur. Biləsuvarda qazlaşdırma 100 faiz təmin ediləcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Azərbaycan dövləti bunları uğurla, ardıcıllıqla icra edir. Bildiyiniz kimi, bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün maliyyə vəsaiti isə Azərbaycan dövlət büdcəsi hesabına formalaşır və ildən-ilə artan maliyyə imkanlarımız imkan verir ki, biz belə gözəl layihələri icra edək.
Bütün uğurlarımızın təməlində güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Ölkəmiz son 10 il ərzində iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Dünyada 200-dən çox ölkə vardır. Bütün beynəlxalq qurumların hesablamalarına, statistikaya görə, son 10 ildə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün bunlar reallıqdır və bu reallığın arxasında düşünülmüş siyasət və xalqla iqtidar arasında olan birlik dayanır. Çünki bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilib. Bu layihələr, o cümlədən digər infrastruktur layihələri bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar, rifah içində yaşasınlar, bütün sosial problemlər öz həllini tapsın və bütün infrastruktur layihələri ən yüksək səviyyədə təşkil edilsin.
Hər bir şəhərdə, o cümlədən Biləsuvarda içməli su layihələri 2035-ci ilə qədər əhalinin təbii artımını nəzərə almaqla hesablanır. Bildiyimə görə, artıq suyun verilməsi başlamışdır və yaxın zamanlarda bütün şəhəri əhatə edəcəkdir. Bir sözlə, bu layihə həm əhəmiyyətlidir, həm də böyük rəmzi məna daşıyır. Çünki ancaq müstəqil Azərbaycanda belə layihələr icra edilə bilər. Ancaq müstəqillik dövründə ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilə bilər. Çünki bizim taleyimiz öz əlimizdədir və bu gün Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşayır, Azərbaycan dövləti daha da möhkəmlənir və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələri də canlandırır.
Mən Biləsuvarda dəfələrlə olmuşam. Əvvəlki dövrlərdə də, prezidentlik dövrümdə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burada gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. Əminəm ki, sizi də sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilir, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin yeni binası, park. Yəni, hər şey insanlar üçün edilir. Bizim şəhərlərimiz deyə bilərəm ki, sürətlə abadlaşır, yeni görkəm alır. İnsanların rahatlığı üçün işlər görülür. Əvvəlki dövrdə də Biləsuvarda müxtəlif layihələr icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar işə salınmışdır, iş yerləri açılmışdır. Kənd yolları tikilmişdir. İki böyük kənd yolu layihəsi icra edilir.
Kənd yolları problemi Biləsuvarda tam şəkildə həll ediləcəkdir. Qazlaşdırma dediyim kimi, 90 faizdir, 100 faizə çatacaqdır. İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə də çəkiləcəkdir. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük. Əlbəttə ki, bütün bu layihələrin içərisində insanların sağlamlığına xidmət edən layihə xüsusi yer tutur. Bax, bu layihə onların arasında bəlkə də ən önəmlisidir.
Bilirəm ki, Biləsuvarda rayon mərkəzi xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz xəstəxananın təmirini də təşkil edəcəyik. Azərbaycanda bir dənə də gözəl xəstəxanası olmayan şəhər olmamalıdır. İndi ətraf bölgələrdə də, rayonlarda da xəstəxanalar tikilib və təmir edilib. Biləsuvarda da bu iş görüləcəkdir.
Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir. Bu gün güclənən Azərbaycan bir daha demək istəyirəm ki, bütün görülən işlərin məntiqi nəticəsidir. Bir daha sizi salamlayıram və gözəl hadisə münasibətilə təbrik edirəm.
X X X
Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Agayeva ölkənin bütün rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, icazə verin Sizi bütün Biləsuvar ictimaiyyəti adından salamlayım. Doğma Biləsuvarımıza xoş gəlmisiniz.
Bu gün biləsuvarlıların həyatında möhtəşəm bir gündür. Bu gün Siz biləsuvarlılara təmiz içməli su verəcəksiniz. Su həyat, təmizlik, sağlamlıq deməkdir. Siz bununla minlərlə biləsuvarlılara həyat verəcəksiniz, sağlamlıq verəcəksiniz.
İcazə verin, bu böyük problemi həll etdiyinizə görə, Sizə bütün biləsuvarlıların adından dərin minnətdarlığımı bildirim.
Mən onu qeyd etməliyəm ki, artıq bu, bir ənənə halını almışdır, Siz bölgələrimizə, regionlarımıza səfərlər edirsiniz. Bu cür açılışlarda vaxtınızın az olmağına baxmayaraq, şəxsən özünüz iştirak edirsiniz. Bax bu gün olduğu kimi, insanların sevincinə şərik olursunuz, onlarla bu sevinci bölüşürsünüz. Bu da onu göstərir ki, Siz xalqa nə qədər yaxınsınız və xalqın qayğısına nə qədər qalırsınız. Bu, bizim insanlarda yüksək əhval-ruhiyyə yaradır.
Möhtərəm Prezidentimiz, bizə məlumdur ki, Biləsuvar son 10 ildə çox sürətlə inkişaf etmiş, simasını olduqca dəyişmiş, füsunkar bir bölgəyə çevrilmişdir. Bu gün Biləsuvarda yeni-yeni yollar çəkilir, abadlıq işləri gedir. Müasir üslubda salınan parklar, yaşayış məntəqələri insanlara xüsusi zövq, xüsusi rahatlıq verir. Bu inkişaf, bu tərəqqi son 10 ildə təkcə Biləsuvarda deyil, bütün Azərbaycanımızda getmişdir. Azərbaycan son 10 ildə simasını olduqca dəyişmiş, çox qüdrətli bir ölkəyə çevrilmişdir. Biz bu qüdrətli ölkənin vətəndaşları olmağımızdan qürur duyuruq. Bütün bunlar isə Sizin gərgin əməyinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir.
Cənab Prezident, bütün Azərbaycan xalqı kimi, biləsuvarlılar da bax bu əmin-amanlığın, bu sabitliyin, bu inkişafın, bu tərəqqinin davamını istəyirlər. Bunu bizə yalnız Siz verə bilərsiniz və verəcəksiniz də.
Mən isə biləsuvarlılar adından Sizi əmin edirəm ki, biz həmişə Sizinlə olmuşuq, bundan sonra da Sizinlə olacağıq. Ulu Tanrı Sizi qorusun!
Prezident İlham Əliyev: Sağ olun. Mən burada köhnə dostumu da görürəm. Gərək onunla görüşəm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, mən o vaxt seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının rəhbəri kimi iştirak edirdim, bölgələri gəzirdim. Yadımdadır, maşınla keçib cənub zonasına gedirdim. Bu yoldaş durmuşdu yolda, məni salamlayırdı və mən də maşını saxladım, tanış olduq. O vaxtdan bu günə qədər, 10 ildən çoxdur ki, bizim dostluğumuz davam edir. Çoxdandır görməmişəm. Dəyərli, sədaqətli insandır. Şadam ki, həmişə olduğu kimi, fəalların içərisindəsən.
X X X
Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Layihə barədə məlumat verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən "Cənub" kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmamışdır.
Sonra dövlətimizin başçısına "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəyəcəkdir. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulmuşdur. Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatmış, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaqdır. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcəkdir.
Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verildi. Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcəkdir. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.
Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
---------
23:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Yenidən Salyanda olmağımdan çox şadam. Son illər ərzində mən dəfələrlə Salyan rayonunda olmuşam. Bu, mənim Prezident kimi yeddinci səfərimdir. Çox şadam ki, Salyanda işlər yaxşı gedir, şəhər abadlaşır, gözəlləşir, bütün küçələrdə abadlıq işləri görülür, binalar təmir olunur, gözəl binalar tikilir. Bu gün biz Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Gözəl, möhtəşəm binadır. Əlbəttə ki, bu mərkəzlərin yaradılması, ilk növbədə, xalqımızın Ulu Öndərinin xatirəsinə olan hörmətinin əlamətidir. Eyni zamanda, bu mərkəzlərdə müxtəlif tədbirlər keçiriləcək, dərnəklər fəaliyyət göstərəcəkdir. Yəni, bu mərkəzlər yaşayacaq və vətəndaşlar da mərkəzlərin imkanlarından istifadə edəcəklər.
Bu il biz Ulu Öndərin 90 illik yubileyini qeyd etdik, eyni zamanda, Qurtuluş gününün 20-ci ildönümünü də. Bu şanlı tarixə bir daha nəzər salaraq görürük ki, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının formalaşmasında xüsusi xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf edir.
Azərbaycan sabit, inkişafda olan ölkədir. Biz Ulu Öndərin qoyduğu yolla gedirik və bu yol inkişaf, tərəqqi yoludur. Son 10 il ərzində biz bu yolda böyük nailiyyətlərə imza atmışıq. Biz bunu Salyan rayonunun timsalında da görürük. Salyan son illər ərzində böyük inkişaf yolu keçmişdir. Qeyd etdiyim kimi, abadlıq işləri görülür, binalar tikilir, küçələr abadlaşır, eyni zamanda, infrastruktur layihələri də icra edilir. Qazlaşdırma işləri yaxşı gedir, rayon təxminən 60-70 faiz qazlaşdırılmışdır. Ancaq əlbəttə, qarşıya məsələ qoyulubdur ki, Salyanın bütün kəndləri 100 faiz qazlaşdırılsın. Buna imkan vardır, biz bunu yaxın gələcəkdə edəcəyik.
İçməli su-kanalizasiya layihələrinin icrası nəzərdə tutulur. Əgər hər şey proqram üzrə gedərsə, gələn ilin sonuna qədər bu problem də öz həllini tapacaqdır. Bilirəm ki, bu, çox ciddi, vətəndaşları narahat edən problemdir. İçməli su fasilələrlə, qrafiklə verilir. Bildiyiniz kimi, indi ölkəmizin bütün bölgələrində bu böyük layihələr icra edilir, o cümlədən Salyan rayonunda. Dediyim kimi, gələn ilin sonuna qədər bu məsələ tam şəkildə həll olunacaq və 24 saat keyfiyyətli içməli su veriləcəkdir.
Mənə indi verilən məlumata görə, bir neçə məsələ var ki, insanları narahat edir, öz həllini gözləyir. Biz onu da həll edəcəyik. Kür çayı üzərində körpünün tikintisi məsələsi vardır. Bu da, əlbəttə ki, öz həllini tapmalıdır. Son illərdə Azərbaycanda 150-dən çox körpü tikilmişdir, həm Bakıda, həm bölgələrdə. Bu körpülərin tikintisi, ilk növbədə, insanların rahatlığı üçündür. Əlbəttə ki, nəqliyyat infrastrukturunun yaradılması, yeniləşməsi çox vacib məsələdir. İndi Bakı-Salyan avtomobil yolu tikilir. Onun bir hissəsi artıq hazırdır. Qalan hissə də tikiləcəkdir və bütünlükdə Bakıdan Astaraya qədər - sərhədə qədər yeni dördzolaqlı yolun tikintisi həll ediləcəkdir. Körpünün tikintisi də əlbəttə ki, böyük əhəmiyyətə malik olan məsələdir. Bu, öz həllini tapacaqdır.
Digər məsələ Şirvan-Salyan avtomobil yolunun tikintisidir. Bu məsələ də öz həllini tapacaqdır. Güman edirəm ki, gələn ilin investisiya proqramında hər iki məsələ öz əksini tapmalıdır. Vəsait ayrılacaq və bu məsələlər öz həllini tapacaqdır.
Eyni zamanda, hələ ki, qəzalı vəziyyətdə olan məktəblər vardır. Baxmayaraq ki, son illərdə bir çox məktəblər əsaslı şəkildə təmir edilib, hər bir rayonda, o cümlədən burada qəzalı vəziyyətdə məktəblər vardır. Bu məsələlər də öz həllini tapacaqdır.
Əlavə hər hansı görüləsi işlər varsa, siz mənə deyin, onları da həll edək. Mənim bölgələrə səfərlərimin əsas səbəbi bundan ibarətdir, vəziyyətlə tanış olum, görüm əlavə nə işlər görülməlidir ki, insanlar daha da razı olsunlar.
Sakinlər: Çox sağ olun, minnətdarlığımızı bildiririk. Sizin sayənizdə işlər çox gözəl gedir.
X X X
Əməkdar müəllim Yaqut Ələsgərova Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
- Hörmətli cənab Prezident, Sizi rayon ictimaiyyəti adından ürəkdən salamlayıram. Salyana xoş gəlmisiniz deyirəm. Salyanlılar Sizin gəlişinizi səbirsizliklə, intizarla gözləyirdilər. Bu gün Salyan bayram əhval-ruhiyyəsindədir. Sevinc hissi ilə bildirirəm ki, bu gün ulu öndərin, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzinin açılışındayıq. Bu Mərkəzin açılması salyanlıların ürəyincədir. Çünki burada bizim ziyalılarımız, gənclərimiz öz potensial imkanlarını artıracaq, istək və arzularını həyata keçirəcək və istirahət edəcəklər. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Bu, bizi çox sevindirir.
Cənab Prezident, hər bir azərbaycanlı bilir ki, Ulu Öndər Azərbaycan Respublikasına rəhbərlik etdiyi müddətdə öz fəaliyyətini müstəqil Azərbaycanın yaradılmasına sərf edib. Onun atdığı addımlar, irəli sürdüyü ideyalar hər bir azərbaycanlının qəlbində böyük, dərin iz buraxıb. Siz Ulu Öndərin layiqli davamçısı olaraq onun ideyalarını davam etdirirsiniz. Bu, Sizin apardığınız siyasətin nəticəsidir. Biz fəxr edirik ki, belə gözəl bir respublikada yaşayırıq. Siz Salyana son səfəriniz zamanı qeyd etmişdiniz ki, Salyan Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcəkdir. Bu, artıq reallıqdır və bizi həddindən artıq sevindirir. Biz Sizi sevirik. Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Ona görə ki, Sizin Salyana diqqət və qayğınız həmişə olub və olacaqdır. İndi Salyanda yeni-yeni obyektlər həyata vəsiqə alır. Vaxtınızın məhdud olmasına baxmayaraq, bu obyektlərin hamısının açılışında bizimlə birgə iştirak etmisiniz, əziz Prezidentimiz. Rayon ictimaiyyəti adından Sizə cansağlığı, uzun ömür arzulayıram. Sonda bildirirəm ki, salyanlılar Sizinlə olub, Sizinlədir və Sizinlə olacaqlar.
X X X
Əməkdar Mədəniyyət İşçisi Yavər Cəbrayılov dedi:
- Cənab Prezident! Siz salyanlılara, nəinki salyanlılara, bütün azərbaycanlılara çox yüksək diqqət və qayğı ilə yanaşırsınız. doğma Vətənimizi, Azərbaycanı ürəkdən sevən bir oğul kimi Sizə bütün ziyalılarımız adından, bütün Salyan camaatı adından böyük təşəkkür edirik. Həmişə yolunuz uğurlu olsun, həmişə yolunuz böyük uğurlara doğru getsin.
Sakinlər: Bir daha xoş gəlmisiniz, hörmətli Prezidentimiz.
Prezident İlham Əliyev: Sağ olun. Hələ görüşlərimiz çox olacaqdır. Salyanda açılışlar gözlənilir. Burada qeyd edildiyi kimi, biz əvvəlki illərdə də bir neçə tədbirin açılışında bərabər olmuşuq - Olimpiya Mərkəzi, xəstəxananın təmiri, digər layihələr. Bu gün biz gözəl bir Mərkəzin açılışında bərabərik. Hələ görüləsi işlər var, baxmayaraq ki, çox işlər görülüb. Bu işlərin görülməsi üçün bütün imkanlar vardır. Azərbaycan son illərdə dünyada ən sürətlə inkişaf edən ölkədir. Bizim imkanlarımız da vardır, büdcəmiz də artır, investisiya proqramımız da kifayət qədər böyükdür. Əsas odur ki, biz bütün mövcud olan problemləri bilirik və onları ardıcıllıqla həll edirik.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Buraya gəlməzdən əvvəl mənə verilən arayışda, bax bu körpünün tikintisi, Şirvan-Salyan yolunun yenidən qurulması, məktəblərin tikintisi, bütün bu məsələlər vardır. Növbəti ilin investisiya proqramında bu məsələlər öz həllini tapacaqdır. Beləliklə, mövcud olan problemlərin hamısı aradan götürüləcəkdir.
Sakinlər : Çox sağ olun, Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Bir daha sizi ürəkdən salamlayıram, cansağlığı arzulayıram.
Sakinlər: Çox sağ olun.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin inşası 2011-ci ilin dekabrında başlanmış və bu ilin avqustunda başa çatdırılmışdır. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.
Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış oldu.
Binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ulu Öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr vardır. Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.
Mərkəzin ikinci mərtəbəsində sahəsi 457 kvadratmetr olan sərgi zalındakı stendlərdə Ulu Öndərin uşaqlıq, Naxçıvanda təhsil aldığı dövrləri, Dövlət Təhlükəsizlik Komitəsində, eləcə də Moskvada çalışdığı illəri əks etdirən şəkilləri, həmçinin görkəmli dövlət xadiminə həsr olunmuş nəşrlər, Ümummilli Liderin diplomları və tərifnamələrinin surətləri nümayiş olunur.
Mərkəzin üçüncü mərtəbəsində isə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter və informatika kabineti, fotostudiya vardır.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
---------
20:05
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 28-də imzaladığı Sərəncamla Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Ümumi uzunluğu 34 kilometr olan yolun eni 8 metrdir. Dördüncü texniki dərəcəyə aid olan yolun inşası zamanı kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilmiş, 33 su ötürücüsü tikilmişdir.
Qeyd edildi ki, mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyü üçün hündürlüyü 2-3 metrlik yamaclar kəsilmiş, sürüşmə zonasından 10 metr kənarlaşdırılmışdır. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcəkdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
---------
19:11
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabad rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır.
Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcəkdir.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Həkim Nəzakət Nəzərli Azərbaycan Prezidentinə rayon sakinləri adından minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
---------
16:59
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda "Fidan" körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Son dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən yüksək diqqət göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq bağçaları və körpələr evlərinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu da öz töhfəsini verir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.
Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış oldu.
Körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr vardır.
Məlumat verildi ki, binanın inşasına bu ilin fevralında başlanılmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. 120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının ümumi ərazisi 2,5 hektara yaxındır. Binada 20 otaq vardır. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi üçün zal inşa edilmişdir. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcəkdir. Bütün otaqlar zəruri avadanlıqla təchiz edilmişdir. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılmışdır. Binanın həyətində müasir standartlara cavab verən attraksionlar quraşdırılmış, ətrafda geniş abadlıq işləri aparılmışdır.
X X X
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoydu.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılmışdır. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunmuşdur. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Parkın ətrafında yerləşən bütün binalar təmir edilmişdir.
---------
16:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində rayon icra hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilmişdir. Əvvəllər bina müxtəlif təyinatlar üçün istifadə olunmuşdur. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlamışdır. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından iş şəraiti əlverişsiz olmuşdur.
Diqqətə çatdırıldı ki, yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Biləsuvara səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev prospektində inşa olunmuş və şəhərin gözəlliyini artıran binanın fasadı yerli tikinti materialları ilə üzlənmişdir.
Qeyd edildi ki, binanın birinci mərtəbəsində 8 iş otağı və 40 nəfərlik yeməkxana vardır. İkinci mərtəbədə müxtəlif toplantıların və "dəyirmi masa"ların keçirilməsi üçün konfrans zalı və 10 işçi otaq yaradılmışdır. Üçüncü mərtəbədə isə böyük akt zalı və 13 iş otağı vardır. Ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək elementləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə birbaşa əlaqə üçün videokonfrans zalı, operativ idarəetmə mərkəzi yaradılmışdır.
Prezident İlham Əliyev operativ idarəetmə mərkəzinə baxdı. Burada online videoqəbul da mümkün olacaqdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq şəhər icra nümayəndəliyi və yeddi kənd icra nümayəndəliyi şəbəkəyə qoşulmuşdur. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
--------
15:33
AzərTAc xəbər verir ki, sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Girişdə Mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılmışdır. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.
Buradakı Heydər Əliyev Muzeyində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilmişdir. Birinci mərtəbədə ümummilli liderin uşaqlıq, gənclik, tələbəlik illərinə, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərə aid müxtəlif fotoları maraqla qarşılanır. Onların arasında ulu öndərin hakimiyyətdə olduğu illərdə Biləsuvara səfərlərini əks etdirən çoxlu sayda fotoşəkillər və çap materialları da sərgilənir. Birinci mərtəbədə, həmçinin psixoloji məsləhət otağı, linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir.
Burada ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş film fasiləsiz olaraq nümayiş etdiriləcəkdir. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompyuter otağı, treninq zalı, kitabxana, 3D kinozalı vardır. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiya və dizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir.
Diqqətə çatdırıldı ki, Mərkəzin böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılmışdır.
Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
---------
15:09
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, ikimərtəbəli binada 15 iş otağı vardır. Otaqlar zəruri inventar və avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində Ulu Öndər, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət stend yaradılmışdır. Binanın 40 nəfərlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
YAP-ın Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi təşkilatının iştirakı ilə yaradılmışdır. Hazırda isə YAP Biləsuvar rayon təşkilatının 68 ilk ərazi təşkilatı və 4 min 440 üzvü vardır. Təşkilat üzvlərinin 27 faizini qadınlar, 35 faizini gənclər təşkil edir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Yeni bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
----------
14:38
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün başqa rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Layihə barədə məlumat verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən "Cənub" kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmamışdır.
Sonra dövlətimizin başçısına "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəyəcəkdir. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulmuşdur.
Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatmış, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaqdır. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcəkdir.
Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verildi. Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcəkdir. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.
Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
---------
14:11
AzərTAc xəbər verir ki, sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülmüş, 4 müasir fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi quraşdırılmış, Bayraq Kompleksi inşa olunmuşdur.
---------
13:21
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış, inşaat işləri ötən ilin avqustunda başa çatdırılmışdır. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılmışdır.
Binanın birinci mərtəbəsində 11 xidməti, vətəndaşların qəbulu və xüsusi rabitə otaqları vardır. İkinci mərtəbədə şəhər və kənd inzibati ərazi nümayəndələri ilə canlı videobağlantı üçün operativ idarəetmə mərkəzi və 292 yerlik iclas zalı yaradılmışdır. Binanın üçüncü mərtəbəsində isə ali qonaq otağı və 10 iş otağı yerləşir. İnzibati binada işçilərin səmərəli iş şəraiti ilə təmin olunmaları üçün bütün imkanlar yaradılmışdır.
X X X
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Əməkdar müəllim Yaqut Ələsgərova və əməkdar mədəniyyət işçisi Yavər Cəbrayılov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin inşası 2011-ci ilin dekabrında başlanmış və bu ilin avqustunda başa çatdırılmışdır. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.
Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış oldu.
Binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr vardır. Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.
Mərkəzin ikinci mərtəbəsində sahəsi 457 kvadratmetr olan sərgi zalındakı stendlərdə ulu öndərin uşaqlıq, Naxçıvanda təhsil aldığı dövrləri, Dövlət Təhlükəsizlik Komitəsində, eləcə də Moskvada çalışdığı illəri əks etdirən şəkilləri, həmçinin görkəmli dövlət xadiminə həsr olunmuş nəşrlər, Ümummilli Liderin diplomları və digər təltifnamələrinin surətləri nümayiş olunur.
Mərkəzin üçüncü mərtəbəsində isə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter və informatika kabineti, fotostudiya vardır.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
---------
12:33
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanmış, avqustda başa çatdırılmışdır. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılmışdır. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilmişdir. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.
Meydanın ərazisində istirahət parkı da salınmışdır.
Azərbaycan Prezidenti parkın ərazisini gəzdi.
Bildirildi ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilmişdir. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü "Buta" və iki "Lalə" inşa olunmuşdur. Burada geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulmuş, oturacaqlar qoyulmuşdur. Parkda uşaq-əyləncə qurğuları quraşdırılmışdır.
Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verdi.
---------
12:22
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanmışdır.
Ümumi sahəsi 22 min kvadratmetr olan parkda ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.
Diqqətə çatdırıldı ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınmış, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, qranit və asfalt döşənmiş, su anbarı inşa olunmuşdur.