Daşqın Gülməmmədov namizədliyimi Georgi Marqvelaşvilinin xeyrinə geri götürdü

Gürcüstan prezidentliyinə namizəd Daşqın Gülməmmədov namizədliyini, "Gürcü Arzusu - Demokratik Gürcüstan" koalisiyasının namizədi Georgi Marqvelaşvilinin xeyrinə geri götürməsi barədə bəyanat verib. Bəyanatda bildirilir: "Mən Gürcüstan prezidentliyinə namizədliyimi Georgi Marvelaşvilinin xeyrinə geri götürürəm. Bunun ciddi səbəbi var, əgər mən prezident seçkisində iştirak etsəm, "Gürcü Arzusu - Demokratik Gürcüstan" koalisiyasının namizədi Georgi Marqvelaşvili Borçalıdan və türklərin yaşadığı digər bölgələrdən lazimi səs qazana bilməyəcək. Saakaşvilinin "imitasiyalı demokratiyası"na və Gürcüstan xalqının əzablarına isə son qoymaq lazımdır. Mən bütün tərəfdarlarıma müraciət edirəm, bütün Qarapapaq türklərinə, azərbaycanlılara və bütün Gürcüstan müsəlmanlarına müraciət edirəm, seçkilərdə səslərinizi Georgi Marqvelaşviliyə verin". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00