Putin deyirsə ki… - AÇIQLAMA

Elxan Mehdiyev: “Belə bir sübut təsdiq olunsa Rusiya Suriyaya hücum edəcək”

Rusiyanın prezidenti Vladimir Putin Suriyada əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi ilə bağlı yayılan məlumatın təsdiqini tapacağı halda bu ölkəyə müdaxilə edəcəyini açıqlayıb. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev bildirdi ki, V.Putin demək istədiyi əsas məsələ ABŞ-ın Bəşər Əsədin insanlara qarşı kimyəvi silahdan istifadə etməsi barədə əldə etdiyi dəlilləri dəqiqləşdirməsinə çağırışdır: "Çünki ABŞ tərəfi deyir ki, onun əlində Suriyada kimyəvi silahdan istifadə edilməsi barədə dəqiq faktlar var. Vladimir Putin də bildirir ki, əgər Ağ Evdə belə bir fakt varsa, ortaya çıxarıb dünya ictimaiyyətinə təqdim etsin. Putinin açıqlaması sadəcə olaraq Obamaya cavab kimi qiymətləndirilməlidir. Əgər Putin deyirsə ki, belə bir sübut təsdiq olunsa Rusiya Suriyaya hücum edəcək, hesab edirəm ki, edər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00