Milli Şura bəhanələrlə dağıdılır - AÇIQLAMA

Sərdar Cəlaloğlu: “Bundan sonra qurum daxilindəki proseslər gərilən xətt üzrə inkişaf edəcək”

Mətbuata daxil olan məlumatda bildirilir ki, "EL" Hərəkatının Milli Şuranın toplantısını boykot etməsindən sonra qurumun keçirilən sessiyalarına qatılan üzvlərin sayında kəskin azalma müşahidə edilir. Siyasi analitiklər hesab edirlər ki, qurum üzvləri arasında yaranan fikirayrılığı "EL" sədri Eldar Namazovdan qaynaqlanır. Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Milli Şura Rüstəm İbrahimbəyovun şəxsiyyəti ətrafında birləşmiş qurumdur. S.Cəlaloğlu bildirdi ki, rejissorun Azərbaycana gəlməməsinin fonunda qurumun dağılması qaçılmazdır: "Əvvəlcədən də məlum idi ki, R.İbrahimbəyov ölkəyə qayıtmayacağı təqdirdə Milli Şura müxtəlif bəhanələrlə dağıdılacaq. Bundan sonra qurum daxilindəki proseslər gərilən xətt üzrə inkişaf edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00