Milli Şura sökülür

Qabil Hüseynli: “Eldar Namazovun mərkəzdənqaçma siyasəti qurumun parçalanması ilə nəticələnəcək”

Mətbuata daxil olan məlumata görə, "El"in sessiyaya qatılmaması Cəmil Həsənlinin dünən keçirdiyi görüşdə fikir ayrılıqlarının yaranması ilə bağlı olub. Sentyabrın 3-dəki iclasda Əli Kərimlinin geniş çıxışı, müəyyən vəzifə bölgülərini aparması "El"çilərin ürəyincə olmayıb və  buna görə də, iclasdan dərhal sonra hərəkatın ayın 4-nə toplantısı təyin edilib. Politoloq Qabil Hüseynli hesab edir ki, Eldar Namazovun Milli Şuranın toplantısını boykot etməsi qurumunun dağılmasının başlanğıcını qoya bilər. Q.Hüseynli qeyd edib ki, KXCP, ACP və digər üzvlər də Milli Şuradan narazıdırlar: "Qurum daxilində baş verən proseslər bu qüvvələri qane etmir. Eldar Namazovun mərkəzdənqaçma siyasəti də Milli Şuranın parçalanması ilə nəticələnəcək. Baş verən son hadisələr qurum haqqında verilən proqnozları doğruldur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00