İlqar Məmmədovun imzatoplama kampaniyası yekunlaşır

"İlqar Məmmədovun imzatoplama kampaniyası nəzərdə tutduğumuz qrafikə uyğun olaraq davam edir" - "Real" Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli prezidentliyə namizəd İlqar Məmmədovun imzatoplama kompaniyası haqqında "OLAYLAR"a məlumat verərkən belə deyib. N.Cəfərli bildirib ki, son əldə edilən məlumata görə, artıq 30 minə yaxın imza toplanılıb. "Real" rəsmisi hesab edir ki, təşkilat üç günə lazım olan imzaları toplayıb müvafiq sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edə biləcək: "Kampaniya əsasən Bakı, Sumqayıt, Gəncə, Şimal və Cənub bölgələrində keçirilir. İmzaların qanunvericilikdə nəzərdə tutulduğundan da artıq toplamağa çalışırıq ki, MSK-da bununla əlaqədar sənəd yoxlanılarkən heç bir problem olmasın. Müvafiq qanuna əsasən prezidentliyə namizəd 40 min imza toplamalıdır. Lakin biz 45 min imza toplamağı qarşımıza məqsəd qoymuşuq ki, sənəddə problemli imzalar olarkən çıxılan yerləri konpensasiya edə bilək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00