Ərəstun Oruclu imza kampaniyasının nəticələrini sentyabrın 7-də açıqlayacaq
4 Sentyabr 2013 13:15 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, prezidentliyə namizəd Ərəstun Oruclu imzatoplama kampaniyası ilə bağlı "OLAYLAR"a açıqlamasında bildirib ki, kampaniya ilə bağlı yekun nəticələr sentyabrın 6-7-də mətbuata açıqlanacaq. Ə.Oruclu deyib ki, məsələ ilə bağlı qarışıq vəziyyət yaranıb. Amma imzaların toplanması üçün Bakı və digər bölgələrdə proseslər davam edir: "Müəyyən çətinliklər var, amma bütün hallarda hesab edirəm ki, lazım olan nəticəni əldə edə biləcəyik. Hələlik isə konkret olaraq əldə edilmiş konkret nəticə yoxdur. Güman edirəm ki, imzatoplama başqaları ilə müqayisədə pis getmir. Əldə edilmiş imzalarla bağlı dəyişkən rəqəmlər olur. Kampaniya paytaxt Bakı və ölkənin müxtəlif istiqamətlərində keçirilir". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00