Hafiz Hacıyev imza sənədini MSK-ya sentyabrın 4-də təqdim edəcək

"İmzatoplanma kompaniyası artıq başa çatıb. İmzalar MMP-nin Mərkəzi Seçki Qərargahında yoxlanılandan sonra sentyabrın 4-də günün ikinci yarısında Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq" - Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev "OLAYLAR"a açıqlamasında belə deyib. H.Hacıyev bildirdi ki, partiyanın rayon təşkilatlarının iştirakı ilə 45 min imza toplanılıb. Kompaniya Bakıdan başqa Azərbaycanın müxtəlif istiqamətlərində keçirilib: "Heç kəs bu işdə bizə çətinlik yaratmayıb, kompaniya tam demokratik şəkildə həyata keçirilib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00