Daha bir nəfər prezidentliyə namizəd oldu
Millət vəkili Zahid Orucun Seçki qərargahı topladığı imzaları MSK-ya təqdim edib
3 Sentyabr 2013 20:33 SiyasətMillət vəkili Zahid Orucun prezidentliyinə namizədliyini irəli sürməsi üçün keçirdiyi imzatoplama kampaniyası başa çatıb. Bu barədə ANS PRESS-ə açıqlamasında, Zahid Orucun seçki qərargahının rəhbəri Ərəstun Əlioğlu bildirib.Onun sözlərinə görə, Z.Orucun namizədliyinin rəsmən təsdiq edilməsi üçün avqustun 18-dən etibarən Seçki Qərargahı olaraq fəaliyyətə başlayıb. "Bu dövr ərzində ilkin olaraq imzaların toplanması üçün ölkənin bir çox bölgələrinə tərəfdarlarımız və könüllülər səfərbər olunub. Artıq Sekçi Qərargahı imzatoplama kampaniyasını bu gün yekunlaşdıraraq qanunvericiliyin tələblərinə müvafiq olaraq 73 dairədən toplanmış 44 min imzanı MSK-ya təqdim edib. Əminik ki, MSK seçki qanunvericiliyinə uyğun olaraq sənədlərə hüquqi qiymətini verəcək".Onun sözlərinə görə, imzatoplama kampaniyası Azərbaycanın bütün etnik və milli coğrafiyasını əhatə edib: "Biz insanlarımızın bu mövqelərindən olduqca razıyıq və onlara, bu prosesə yaxından dəstək verdikləri üçün dərin təşəkkürümüzü bildiririk".İmzası toplanılan hər bir vətəndaşz fərdi olaraq dinlənilib, onlara, Zahid Orucun oktyabr ayının 9-da keçiriləcək prezident seçkisində namizədliyinin özü tərəfindən irəli sürülməsi, görə biləciyimiz işlər, planlaşdırılan layihələr haqqında məlumatlar verilib.