Qüdrət Həsənquliyevin imza vərəqələri sentyabrın 6-da MSK-ya təqdim olunacaq

"Sentyabrın 3-də praktiki olaraq Qüdrət Həsənquliyevin imztoplama kampaniyası başa çatır". "OLAYLAR"a açıqlamasında BAXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli belə deyib. E.Mirzəbəyli bildirdi ki, ayrı-ayrı rayon və bölgələrdən toplanmış imza vərəqələri də bu gün Bakıya gətiriləcək: "Günün sonunadək imzatoplanma ilə bağlı məsələlər başa çatacaq. Sentyabrın 4 və 5-də imzaların dislokasiya üzrə yoxlanması prosesi həyata keçiriləcək. Növbəti gün isə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq". Sədr müavininin sözlərinə görə, təxmini olaraq əldə edilmiş imzalar 43 minə yaxındır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00