Cəmil Həsənli radikal qanadın namizədidir - Mübariz Qurbanlı
"O, həmin radikalların dediyini bir az başqa formada təkrar edir”
3 Sentyabr 2013 16:31 Siyasət"Milli Şura deyilən radikal qrupun nə ideolojisi var, nə də sosial bazası. Sosial bazasının məhdud olduğunu 18 avqust mitinqi bir daha göstərdi". Bunu deyən millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, növbəti mitinqlərində də əyani şəkildə görəcəklər ki, əhali bunları müdafiə etmir: "Bunlar hansısa namizədi irəli sürüb həmin namizəddən, namizədin ətrafında bir ajiotaj yaradaraq, onun adı altında nəyəsə nail olmaq istəyirlərsə, bu, əbəsdir.Cəmiyyətdə necə qəbul edilməsindən və tanınmasından asılı olmayaraq, bu gün Cəmil Həsənli seçkidə radikal qanadın namizədidir və həmin radikalların dediyini bir az başqa formada təkrar edir. Ola bilər bir az üzərində işləyib təkrar edir, amma onu təkrar edir. Radikalizmi təkrarlayır. Başqa cür hərəkətlər etsə də, Azərbaycan cəmiyyətində formalaşmış elektorat var, möhkəmləşmiş elektorat var". Onun sözlərinə görə, artıq kim kimə səs verəcəyini bilir. Ona görə Milli Şuranın "ehtiyat namizəd" məsələsi həll edildikdən sonra radikalların ruhlanması dırnaqarası ola bilər.