İlyas İsmayılovun imzatoplama kampaniyası başa çatır
3 Sentyabr 2013 15:53 SiyasətƏdalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun imzatoplama kampaniyası başa çatmaq üzrədir. Bu barədə məlumatı partiyanın sədr müavini Mütəllim Rəhimli verib. Bildirib ki, artıq sentyabrın 3-dən başlayaraq İlyas İsmayılovun Seçki Qərərgahı dolmuş imza vərəqələrini qəbul etməyə başlayıb: "Həm Bakı şəhərindən, həm rayonlardan, həm də Naxçıvan Muxtar Respublikasından imzalar toplamışıq. Sentyabrın 4-dən etibarən yığılmış imzaların yoxlanılması işlərinə başlayacağıq. Biz düşünürük ki, sentyabrın 7-də bütün sənədləri Mərkəzi Seçki Komissiyasına təhvil verə biləcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00