İqbal Ağazadə Polşadadır

Aynur İmranova: “Partiya MSK-dan cavab gözləyir”

İqbal Ağazadənin imzatoplama kompaniyası çoxdan yekunlaşıb. Artıq bununla bağlı sənədə Mərkəzi Seçki Komissiyasına təqdim edilib" - "OLAYLAR"a açıqlamasında "Ümid" Partiyasının Mətbuat xidmətinin rəhbəri Aynur İmranova belə deyib. A.İmranova qeyd etdi ki, İ.Ağazadə imza vərəqəsini MSK-ya təqdim edən ikinci namizəddir. Partiya rəsmisinin sözlərinə görə, İ.Ağazadə qurumun imzaları yoxlayıb partiyaya cavab verməsini gözləyir: "Avqustun 27-də MSK-ya 44 minə yaxın imza təqdim etmişik. Seçki hazırlıqları məsələsinə gəlincə, qanunvericiliyə əsasən təbliğat və təşviqat işləri başlamadığından "Ümid" Partiyası hələlik bu yöndə heç bir iş görmür". A.İmranova bildirdi ki, İ.Ağazadə beynəlxalq forumda iştirak etmək üçün Polşanın Krakov şəhərində səfərdədir. Partiya sədrinin forumda çıxış edəcəyi gözlənilir. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00