Əli Əliyevin imza vərəqələri yaxın günlərdə MSK-ya təqdim ediləcək
3 Sentyabr 2013 15:20 SiyasətPrezidentliyə namizəd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin imza vərəqləri yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Əli Əliyevin seçki qərargahının rəhbəri Billur Hümbətov verib. Bildirib ki, hazırda imza vərəqələri Seçki Qərargahının Ekspert Qrupu tərəfindən nəzərdən keçirilir: "Artıq 40 imza tam yoxlanılıb və həmin imza vərəqələrində hər hansı bir problem yoxdur. Hazırda əlavə imzalar yoxlanılır". Billur Hümbətov deyib ki, Əli Əiiyevin Seçki Qərargahı Mərkəzi Seçki Komissiyasına 45 min imza təqdim etməyi nəzərdə tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00