Erməni mətbuatı Dağlıq Qarabağı işğal edilmiş ərazilər adlandırdı
3 Sentyabr 2013 13:24 SiyasətDağlıq Qarabağ münaqişəsi Gürcüstan üçün ən aktual mövzulardan biridir". Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Tiflisdə keçirdiyi mətbuat konfransında belə deyib. Nazir qeyd edib ki, işğal edilmiş ərazilərdəki nəzarət edilməsi mümkün olmayan nöqtələri Cənubi Qafqaz üçün real təhlükə adlandırıb. "Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll edilməlidir" - Pancikidze deyib. Ermənistan mətbuatında yer alan xəbərdə erməni jurnalist gürcü nazirin dilindən dediyi sözləri eyni şəkildə təkrarlayaraq Dağlıq Qarabağı işğal edilmiş ərazilər adlandırıb. Qeyd edək ki, Maya Pancikidze Bakıda rəsmi səfərdə olarkən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini bildirmişdi. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00