Sudan ölkəmizdəki səfirliyini yenidən açıb

Sudan Respublikası Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edib. "OLAYLAR" İA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Xarici İşlər Nazirliyində Sudan səfirliyinin əməkdaşı ilə ilkin tanışlıq görüşü keçirilib və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00