Özbəkistanın bayramında azərbaycanlılar da iştirak edib

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 1 sentyabr - Özbəkistanın dövlət müstəqilliyinin əldə edilməsinin 22-ci ildönümünə həsr olunmuş bayram şənliyi keçirilib.
Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurasının üzvləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, habelə yerli özbəklər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın tanınmış müğənnisi, muğam ustası Elnarə Abdullayeva və Özbəkistanın "Nixol" dövlət mükafatı laureatı, populyar müğənni İsrail Saidumarovun iştirakı ilə böyük konsert proqramı təqdim edilib. Konsert proqramında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı və "Azərbaycanım" musiqi qrupunun ifaları iştirakçıların marağına səbəb olub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00