RF və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları müzakirə edəcəklər
2 Sentyabr 2013 17:38 SiyasətRusiya Prezidenti Vladimir Putin Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşəcək, əsasən, Gömrük Birliyi və Rusiya, Belarus və Qazaxıstanın Vahid İqtisadi məkanı ilə Ermənistanın qarşılıqlı fəaliyyətini müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RF Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Daha əvvəl məlumat verilirdi ki, prezidentlər çərşənbə axşamı Moskvada siyasət, ticarət-iqtisadiyyat, energetika və humanitar sahələrdə qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Uşakov əlavə edib: "Görüşdə MDB məkanında inteqrasiya proseslərinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımlar da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərinin də müzakirə olunacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00