KXCP-dən Milli Şuraya ittiham
Xəzər Teyyublu: “Partiyanın bu məsələdən kənarda saxlanılması müxalifətə yaraşmayan işdir”
2 Sentyabr 2013 17:09 SiyasətMilli Şura vahid namizədi Cəmil Həsənlinin imzatoplama kompaniyasını quruma üzv olan partiyalardan yalnız AXCP və Müsavata həvalə edib. Digər müxalifət partiyalarına kompaniyada yer verilməməsi ciddi narazılığa səbəb olub. Məsələyə münasibət bildirən KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, potensial imza toplamaq gücünə malik olan KXCP-ni bu məsələdə kənarda saxladılar. X.Teyyublu hesab edir ki, partiyanın bu məsələdən kənarda saxlanılması müxalifətə yaraşmayan işdir: "Müxalifət Cəmil bəyin imzatoplama kompaniyasını bir yerdə aparmalı idi. Milli Şura müxalifətin vahid qurumu olmalıdır. KXCP qurum daxilində də müxalifətin birliyi üçün çalışır. KXCP həmişə bu mövqedən çıxış edib. KXCP-ın da imzatopma komapniyasından kənarda saxlanılması partiyaya qarşı düzgün yanaşma tərzi olmadı. Əgər bu işi boyunlarına götürüblərsə, Allah işlərini avand eləsin". ("OLAYLAR" İA)