“Söz veriblər ki, Hafiz Hacıyevi öldürəcəyik”
MMP sədri: “Mən satqınları dizimin altında qoyub əzəcəm, millət bunu alqışlayacaq”
2 Sentyabr 2013 16:16 Siyasət"Cəmil bəy yaxşı alimdir, yaxşı insan ola bilər, amma Cəmil Həsənli siyasətçi deyil. Cəmil müəllimi bədbəxt edirlər. Milli Şurada olan bəzi quldurlar Cəmil Həsənlinin tələbələri arasında olan hörmətini yerə vururlar" - Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "OLAYLAR"a açıqlamasında belə deyib. H.Hacıyev hesab edir ki, C.Həsənli Azərbaycan prezidenti ola bilməz: "Çünki onun qarşısında mənim kimi kitlər var, bizim qabağımızda onlar heç kimdir. Mənim üçün bir şey maraqlıdır ki, artıq satqınlar ziyalıların kökünü kəsirlər. Gərək hamı bacardığı yükün altına girsin. Müxalifət çalışır ki, Cəmil Həsənlidən böyük fon, siyasi xadim yaratsınlar, amma bu mümkün olan şey deyil. Onlar düşünməlidirlər ki, Milli Şuranın namizədi Hafiz Hacıyevin qarşısında tab gətirə biləcəkmi? Bax, onlar bu arqumenti yaddan çıxarırlar. Bəlkə onlara kimsə söz verib ki, H.Hacıyev namizədliyini verməyəcək, ya məni öldürəcəklər, ya da ki, debatlar başlayana qədər onu aradan götürəcəyik. Bu mümkün deyil, mən öz mühafizəmi çox yaxşı təmin etməyi bacaran insanam. Bunların burada yalnışlığı var. C.Həsənli də Hafiz Hacıyevin qarşısında duruş gətirməyi bacaran namizəd deyil. H.Hacıyev satqınları dizinin altında qoyub əzəcək. Millət bunu alqışlayacaq. Cəmil müəllimin satqınların fətvasına qoşulmasını istəməzdim. O, üzü açılmamış namizədliyini geri götürsə yaxşı olardı. Götürmürsə, buna təbii baxmaq lazımdır, çünki biz demokratik cəmiyyətdə yaşayırıq". ("OLAYLAR" İA)