ABŞ BMT TŞ-ın qərarı ilə hesablaşmayacaq

Vəfa Quluzadə: “Əgər bu gün ABŞ Bəşər Əsədi vurmasa, sabah diktator daha da zalımlaşacaq”

ABŞ BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriyanı vursa nə baş verəcək? - sualını politoloq Vəfa Quluzadə cavablandırdı: "Dünyada ABŞ-ın qarşısına çıxacaq heç bir qüvvə yoxdur. Heç bir dövlət Suriyaya hücum əsnasında Pentaqona qarşı gələ bilməyəcək. Rusiya tamamilə çöküb, Çin isə hələlik bu tip məsələlərə qoşulmağa hazır deyil. Ona görə ABŞ BMT TŞ-ın qərarı ilə hesablaşmayacaq. Amerika qərar verməlidir. Tutaq ki, ABŞ çəkildi kənara Suriyanı vurmadı, Bəşər Əsəd vətəndaş müharibəsində iştirak edən bütün qüvvələri məhv edib qələbə qazandı. Bu nəticə hansı vəziyyəti ortaya çıxaracaq? Əsəd devrilməsə, İran, Suriya və "Hizbullah" regiondakı fəaliyyətlərini daha da gücləndirəcəklər. Bu qüvvələr anti-İsrail və anti-Amerika siyasəti yürüdürlər. Əgər bu gün ABŞ Bəşər Əsədi vurmasa, sabah diktator daha da zalımlaşacaq. ABŞ artıq Əsədi devirməklə bağlı qərarını verib. Ağ Evin əsas məqsədi Suriyadakı anti-Amerika rejimini məhv etməkdir. Əgər İran və "Hizbullah" bu proseslərə qoşulsa, ABŞ həmin qüvvələrin cavabını verəcək. Vaşinqton onların Yaxın Şərqdə güclənməsinə və nüvə silahına sahib olmalarına icazə verməyəcək. Ümumiyyətlə Yaxın Şərqdə baş verən bütün hadisələrə görə qərarı ABŞ verir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00