Qənirə Paşayevadan gürcü həmkarına müraciət
2 Sentyabr 2013 14:43 SiyasətMillət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunu rəhbəri Qənirə Paşayeva qrupun Gürcüstandan olan sədri Zurab Tkemaladzeyə müraciət ünvanlayıb. "OLAYLAR"-ın xəbərinə görə, müraciətə səbəb Adıgey rayonunun Çela kəndində məscidin minarəsinin sökülməsi ilə bağlı yayılan xəbərlərdir. Məktubda vurgulanır ki, bu gün separatizmdən əziyyət çəkən Azərbaycan və gürcü xalqları əsrlər boyu öz tolerantlığı və dini dözümlülüyü ilə fərqlənib və həmişə başqa ölkələrin bir çox xalqları üçün nümunə olublar. Hər iki qardaş ölkənin inkişafı və siyasəti bütün Cənubi Qafqaz regionunda sülhə və sabitliyə xidmət edir: "Buna baxmayaraq, bir neçə il ərzində adətən dini zəmində bu cür insidentlərin süni şəkildə qızışdırılması məqsədilə cəhdlər göstərilmişdir. Lakin bizim xalqların müdrikliyi bu problemləri vaxtında və effektiv şəkildə həll etməyi bacarıb. Çox inanmaq istərdik ki, bu dəfəki insident də gərginliyi artırmadan, qanunvericik çərçivəsində və ağrısız aradan qaldırılacaq. Kənar qüvvələr isə bu vəziyyətdən istifadə edə bilməyəcəklər". Millət vəkili ümidvar olduğunu bildirib ki, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupu bu məsələ ilə bağlı gərgin vəziyyətin tezliklə aradan qaldırılmasına öz təsirini göstərə biləcək: "Lazım gələrsə, biz də öz növbəmizdə əlimizdən gələn bütün səyləri göstərməyə və yardım göstərməyə hazırıq. Ümid edirəm ki, Adıgey rayonunun Çela kəndində məcsidin minarəsinin sökülməsi da daxil olmaqla bəzi məscidlər ətrafında yaranmış gərginliklər tezliklə öz həllini tapacaq və Gürcüstanlı həmkarlarım bu məsələdə öz səylərini artıracaqlar. Çünki bu kimi hallar nə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına, nə də gerçək mənada Gürcüstanın özünün maraqlarına xidmət etmir".