“İran İsraili vuracaq” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Hücumun ağır nəticələri tək Suriyaya yox, İsrail və Türkiyəyə də dəyəcək”
2 Sentyabr 2013 14:42 Siyasət"Suriya ətrafında yaranmış gərgin vəziyyətdən istifadə edən İran İsraillə olan köhnə ədavətini çürütməyə çalışacaq. Bu Rusiya üçün də sərfəlidir. Çünki İran yetkililəri də elə belə iddia etmirlər ki, "Suriyadan sonra növbət Qafqazındır". Cənubi Qafqazın itirilməsi Kremlin maraqlarına zidd olduğu üçün çalışacaq ki, ABŞ-ı İran-İsrail oyununa qoşsun" - politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev hesab edir ki, Amerikanın geri çəkilmək şansı yoxdur. Çünki ortada dolların məzənnəsi məsələsi var. ABŞ-ın Federal Ehtiyat Bankı bir qrup yəhudi ailəsinin əlindədir. Bundan başqa Vatikan kilsəsinin 2025-ci ilədək müsəlmanların sayını müharibələr yolu ilə azaltmaq planı var. Üçüncü məsələ isə İsrailin Ərəb dövlətlərilə olan problemlərinin həll edilməsidir. Politoloq qeyd etdi ki, regionda da İsraili sevməyən yeganə dövlət Suriyadır: "Sentyabrın 15-dən sonra ABŞ Suriyanı vuracaq. İran da "Hizbullah"ın əlilə İsrailə müharibə elan edəcək. "Hizbullah" İsraili vuran kimi İran və Livan bu məsələyə müdaxilə edəcək. Digər tərəfdən kürdlər də bəyan etdilər ki, onlar da Türkiyənin əleyhinə gedəcəklər. ABŞ çalışacaq ki, Suriyaya müdaxilə Türkiyədən başlasın. Bundan sonra Qərb və Amerika regionda müsəlmanı müsəlmana qırdırmağa çalışacaqlar. Vəziyyət bölgədə Türkiyənin zəifləməsinə gətirib çıxaracaq. Çünki Türkiyənin regiondakı üstünlüyü İran, Rusiya, Qərb və ABŞ-ın maraqlarına uyğun gəlmir. Çox təəssüf ki, Ərdoğan daxili problemləri ört-basdır etmək üçün Suriyaya qarşı kəskin mövqe nümayiş etdirir. Hücumun ağır nəticələri tək Suriyaya yox, İsrail və Türkiyəyə də dəyəcək. Belə bir şəraitdə İranın İsraili vurması ehtimalı yüksəkdir". ("OLAYLAR" İA)